Ən gülməli türk komediya filmləri – 10 ən yaxşı film


Bu siyahı gülmək istəyib ama film tapa bilməyənlər üçün hazırlanmışdır. Komediya filmləri sevənsinizsə bu siyahıda yer alan filmləri mütləq izləməlisiniz.  Siyahıda yer alan bütün türk filmləri komediya janrında çəkilmiş ən yaxşılardandır. Siyahı yuxarıdan aşağı şərti olaraq sıralanmışdır. 

Ailə arasında

komediya filmləri

  • İstehsal ili: 2017
  • IMDB xal: 7,7
  • Növ: Ailə, Komediya

Filmin hekayəsi eyni gündə uzun müddətdir davam edən evliliklərini bitirən Fikrət və Solmaz təsadüf nəticəsində qarşılaşması ilə başlayır. Solmazın qızı varlı bir kababçının oğlu ilə evlənmək niyyətindədir. İlk başda ailə arasında kiçik bir toy keçirilməsi nəzərdə tutulsada heç də hər şey istədikləri kimi olmur. Film irəlilədkicə Fikrət özünü qarışıq bir vəziyyətin ortasında tapacaq. 

Aykut Enişte

komediya filmləri

  • İstehsal ili: 2019
  • IMDB xal: 7,1
  • Növ: Ailə, Komediya

Filmdə evlilik hazırlıqları görən Ayktun toyuna çox az bir müddət qalmış mağazası soyulur. Zərərin hesablanması üçün sığorta şirkətindən qadının gəlməsi ilə birlikdə macəra başlayır. Sığorta pulunu almaq üçün sığortaçının dediklərini etmək məcburiyyətində qalan Ayktun həyatı artıq əvvəlki kimi olmayacaq.

Hokkabaz

komediya filmləri

  • İstehsal ili: 2006
  • IMDB xal: 7,4
  • Növ: Komediya, Dram

İskəndər bir hoqqabazdır. İskəndər və uşaqlıq dostu Maradona İstanbulda yaşadıqları hadisələrdən sonra  Türkiyə turuna çıxmaq qərarı alırlar. Lakin İskəndərin atası Saitin də onlarla getməkdə israrcı olması başlarına çoxlu hadisələrin gəlməsinə səbəb olacaq. 

Yol arkadaşım

komediya filmləri

  • İstehsal ili: 2017
  • IMDB xal: 6,1
  • Növ: Komediya

Filmin baş rol xarakteri olan Onur bir dərman şirktətinin marketinq bölümündə işləyir. Qurban Bayramının yaxınlaşması ilə işlə bağlı üzərinə düşən bir vəzifəni icra etməlidir. Həmçinin nişanlısının ailəsi ilə tanışmaq üçün təşkil olunan ailə yeməyinə özünü çatdırmalıdır. Yolda özünə yol yoldaşı Şerefi götürən Onurun  bundan sonra başına gələnlər sadəcə filmlərdə olar.

Çalgı Çengi

komediya filmləri

  • İstehsal ili: 2011
  • IMDB xal: 7,1
  • Növ: Komediya

Salih və Gürkan toylarda çalgı çalan, mahnı oxuyan iki qohumdur. Yenə bir toy hazırlığı məşqi etdikləri bir vaxtda istəmədən bir cinayətə şahid olurlar. Və hadisələrdən bundan sonra başlayır.

Organize İşler

komediya filmləri

  • İstehsal ili: 2005
  • IMDB xal: 7,4
  • Növ: Aksiyon, Komediya

İstanbulda maşın oğurluğu ilə məşğul olan bir qrupun başcısı bir qovalamacada intihar etməkdə olan bir adamın evinə girir. Həyatını qurtardığı adama iş vermək və onu oğurluğa təşviq etmək istəyir. 

Düğün Dernek

komediya filmləri

  • İstehsal ili: 2013
  • IMDB xal: 7,1
  • Növ: Komediya

Murat Cemcir ile Ahmet Kural’ın baş rolunda yer aldığı bu komediya filmində hekayələr Sivasda baş verir. Film İsmail adlı birinin, pulu olmadığı halda oğlunu evləndirməyə çalışma hekayəsindən bəhs edir. İsmailin dostları bu toyu yola vermək üçün birlikdə işə başlayarlar. 10 gün içində pulu yığacaqlarını və toyu keçirəcəklərini düşünürlər. Lakin işlər istədikləri kimi getməyəcək.

Ölümlü dünya

komediya filmləri

  • İstehsal ili: 2018
  • IMDB xal: 7,7
  • Növ: Komediya, Aksiyon

8 nəfərlik Mərmər ailəsi Haydarpaşa Garında bir restoran sahibidirlər. Kənardan sadə bir ailə kimi görünsələr də, dünyaca məşhur bir cinayətkar quruplaşmanın üzvləridir. Günlərin birində bu ailə cinayətkar şəbəkənin qanunlarından birini pozur. Şəbəkə ailənin arxasınca onları öldürmək üçün adamlarını göndərirlər. Mərmər ailəsi artıq keçmişlə əlaqələrini unudub qaçmalıdırlar. 

Cinayet süsü

komediya filmləri

  • İstehsal ili: 2019
  • IMDB xal: 6,7
  • Növ: Polis, Komediya

Bu film bir-birinin ardınca baş verən qətillərin üstünü açmaq üçün çalışan bir qrup polisin başına gələn hadisələrdən bəhs edir. Cinayətlətin artması ilə gələn təzyiqlərə baxmayaraq cinayətkarı tapmaqda bu qurupun əlində xırda bir ipucu belə yoxdur. Cinayətkarı tapmaq üçün müxtəlif metodları əl atan bu qurupun başına bir-birindən maraqlı hadisələr gələcək.

Karabela

komediya filmləri

  • İstehsal ili: 2015
  • IMDB xal: 6,8
  • Növ: Komediya

Həyatında həmişə qanun adamı olan və qoyduğu qaydalar çərçivəsində yaşayan Kudretin həyatı həyat yoldaşının ölümü və ardınca baş verən hadisələrlə bir anda dəyişəcəkdir. Kudret hər şeydən çox sevdiyi maşını ilə Antepə getməli olur. Yolda ona və çox sevdiyi maşının başına çoxlu hadisələr gəlir. 

Mənbə: 

https://www.imdb.com/list/ls021519038/


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh