Twitter’da izlədiyimiz şəxsləri topluca silmək: Heç bir proqrama gərək yoxdur


Ən çox istifadə olunan sosial medialardan olan Twitterdə bəzən izlədiklərimiz şəxslər minin üstündə rəqəmlərə qədər gedib çıxır. Qarşılıqlı olaraq bizi izləməyən şəxsləri silmək isə bizə çətin proses kimi görsənir. Əslində ele deyil. 

İlk öncə onu qeyd edim ki, android və ios istifadəçiləri üçün mağazada müxtəlif twitter izləyicilərini silmək üçün proqramlar var. Lakin bu proqramları istifadə edərkən öz istifadəçi adı və şifrəmizi həmin proqrama daxil edirik. Bu olduqca təhlükəlidir. Həmin proqramlar qarşıkı vaxtlarda sizin hesabınızı oğurlaya bilər.

Odur ki, biz bu yazımızda heç bir proqrama ehtiyac olmadan twitterdə sizi izləməyən istifadəçiləri silməyi göstərəcəyik.

Addım 1: Komputerdən Google Chrome‘a daxil oluruq

Addım 2: Google’da Superpowers for Twitter axtarıb başda çıxan linkə daxil oluruq. Bizi belə bir pəncərə qarşılayır

Addım 3: Sağ tərəfdə yerləşən Add to Chrome düyməsinə klikləyirik.

Addım 4: Twitter hesabımıza daxil oluruq. Daha sonra Profil bölməsinə daxil oluruq

Addım 5: Following (Takip) bölməsinə daxil olduqdan sonra bizi belə bir pəncərə qarşılayır. Unfollow all düyməsinə klikləyib sizi izləməyən istifadəçiləri asanlıqla silə bilərsiniz

Bir-birindən maraqlı saytlar: Gəzərkən vaxtın necə keçdiyini hiss etməyəcəyiniz 14 sayt tövsiyyəsi

Yuxular haqqında diqqətinizi çəkəcək 8 maraqlı məlumat


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh