Uçan maşınlar artıq xəyal deyil: Yaponiyadan ilk addımlar


 

Daha çox zamanda səyahət filmlərində gördüyümüz uçan maşınlar artıq gerçək olmağa çox yaxındır. Yaponiya bu yolda ciddi addımlar atmağa başladı. Əgər planlar yolunda gedərsə 2023-cü ildə səmada uçan maşınları görə bilərik. Bu məqsədlə Yaponiya hökuməti artıq yüksək miqdarda büdcə də ayırıb.

Boeing, Uber kimi şirkətlər uzun müddətdir uçan avtomobil layihələri üstündə işləyirlər. Bəzi şirkətlər sadəcə müəyyən məsafələr arasında hərəkət edən maşınlar üzərində işləsələr də, bəziləri sərbəst hərəkət edə bilən layihələr üstündə işləyirlər. 

2 nəfərlik EVTOL

Yaxın məsafələrdə hərəkət edən, şaquli eniş-qalxış edə bilən maşınlarla səyahət etmə fikrinin gerçəkləşməsi imkansız kimi görünmür. Yaponiyanın SkyDrive şirkəti bu yolda ilk addımlarını artıq atıb.

Belə ki, hazırladıqları elektriklə işləyən bu maşın EVTOL adlanır. Bu maşın saatda 100 km sürətlə 2 nəfərə qədər sərnişini bir neçə kilometr məsafədə daşıya bilir.

Firmanın CEO’su Tomohiro Fukuzawa Yaponiyanın böyük şəhərlərində hava taksisi fəaliyyəti göstərməyi planlaşdırır.

Həmçinin Tomohiro Fukuzawa maşının avto-pilot rejimində hərəkət edəcəyini lakin ehtiyac olduğu təqdirdə manuel rejimə keçə biləcəyinidə vurğuladı. 2028-ci ilə qədər 100 ədəd maşının satılması nəzərdə tutulur. Bu maşınların bahalı olacağı gözlənilir. 

İndiyə qədər aşkar olunmuş ən sirli kəşflər: 10 kəşf

Dünyanın ən bahalı 10 maşını

Mənbə: webtekno.com

 

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh