Uşaqda danışmaq vərdişi yaratmaq üçün nələr edə bilərik? 5 tövsiyyə


Uşaqlar fikirlərini, hisslərini ifadə etmək üçün ilk aylarında sadəcə ağlayarlar, valideynlər isə uşaqlarının ilk sözlərini deməsini həvəslə gözləyərlər. Uşağın tez danışmasını istəyiriksə əslində bizlərdə nələrsə edə bilərik. Bu yazımızda uşağı danışdırmaq üçün nələr edə bilərik ondan danışacağıq.

Uşağı danışdırmağa təşviq etmək asan bir şey kimi görünsə də, əslində bu məşqlər düşündüyümüz kimi asan deyil. Bu məşqlər minimum 6 aylıq uşaqlar üçün nəzərdə tutulub.

Şəkillər

Uşaqlara müxtəlif şəkillər göstərmək və şəkillərin mənasını yaxud şəkildə olan şeyin adını səsləndirmək lazımdır. Belə ki, uşaqlar həmin şəkli yenidən gördükdə yadından qalan adı deməyə səy göstərirlər.

Uşaq mahnıları

Uşağa lap ana qarnında musiqi dinlətməyin faydalı olduğu deyilir. Bütün uşaq mahnılarının əsas məqsədi onlara tez götürə biləcəkləri şeylər öyrtəməkdir. Ele mahnılar var ki, onlar nəinki uşaqları əyləndirir həm də onlara yeni nələrsə öyrədir, fikir formalaşmasına köməklik edir. Belə mahnıları tez-tez uşaqlara dinlətmək onalrada yeni fikrilərin yaranmasına və fikirlərini ifadə etmək üçün yeni sözlər öyrənməsinə köməklik edir.

Oyunlar

Uşağın bir yetkinlə qarşılıqlı əlaqədə olduğu bir mahnı və ya rəqs olan oyunlar, uşağı söhbətə həvəsləndirmək üçün faydalıdır. Cavab alacaq tərzi oyunlar isə uşağı danışdırmağa cəhd etdirmək üçün vacibdir. Oyunları uşağı danışdırmağa vadar etmək tərzində seçməlisiniz.

Evdə teatr

Bu əyləncəli məşqlə uşağınızın personajlarla dialoqa maraq yarada bilərsiniz. Uşaqlar üçün hazırlanmış kuklalar onlara danışmağı öyrətmək üçün çox faydalı vasitələrdir. Uşaqlar onlarla danışmağa, onları tanımağa və cavab verməyə can atırlar. Digər obyektlərdən istifadə edərək oyununuzu zənginləşdirə bilərsiniz. Kostyumlar və animasiyalar da istifadə edə biləcəyiniz digər maddələr arasındadır.

Kitab oxumaq

Uşaqlar üçün nəzərdə tutulmuş kitablar oxumaq onlar üçün çox faydalıdır. Bu kitabların məqsədi uşaq təxəyyülünü formalaşdırmaqdır. Bu kitablarda şəkillərə geniş verilir. Oxuduğunuz hər hansı bir şeyin şəklini göstərərək uşaqda həmən şeyi tanımasına köməklik edə bilərsiniz. Bəzən bunu bir neçə dəfə təkrarlamaq faydalıdır. Hətta bəzən uşaqlar artıq onu tanıdıqlarından həmən hissəni birdə oxuduğunuzda mızıldanaraq onu təkrar oxumamağınızı istəyə bilərlər 🙂

Uşağı yeriməyə necə alışdırmalıyıq

Mənbə: benanneyim.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh