Uşaqların qətiyyən uzaq tutulması gərəkən oyunlar: 7 oyun

Oyun oynayan yaxud oynamayan hər kəsin oyunlar haqqında ortaq fikir bildirdiyi bir mövzu var, şiddət səhnələri.


Bu yazımızda uşaqların qətiyyən uzaq tutulması gərəkən qanlı, şiddətli və digər uyğun olmayan səhnələrin bol olduğu 7 oyundan bəhs edəcəyik.

Oyun oynayan yaxud oynamayan hər kəsin oyunlar haqqında ortaq fikir bildirdiyi bir mövzu var, şiddət səhnələri. Bəzi şəxslər bu səhnələrin oyun oynayan şəxsləri daha agresiv etdiyini, bəziləri isə oyun oynayan şəxslərin bunun fərqində olduğuna, və oyunun təsirinə düşmədiyinə inanır. Bu əslində oyun oynayan şəxsin yaşı ilə oynadığı oyuna görə də dəyişir. Məsələn 7 yaşı olan biri Call of Duty kimi şiddət səhnələrinin bol olduğu oyunu oynayarsa yaş artdıqca şiddətə meylli olma ehtimalı daha da artar.

Bəs uşaqları hansı məşhur oyunları oynamaqdan uzaq tutmalıyıq?

Ryse: Son of Rome

Yüksək keyfiyyətli qrafikləri səbəbindən insanların ölüm səhnələri çox real görünür. Qısaca deyə bilərik ki, oyun başdan sona qədər qandan ibarətdir. Bu oyun uşaqlara şiddət aşılayır və insan öldürmənin necə asan olduğunu göstərir.

Deadpool

Uşağınızın nümunə götürməsini istəməyəcəyiniz tək super qəhrəman Deadpool ola bilər. Bu oyunda bolca ədəbsiz səhnələr, söyüşlər və qan var. Təbii ki, bu səbəblər uşağınızı uzaq tutmanız üçün kifayətdir.

Dying Light

Oyunun hekayəsi zombilər tərəfindən ələ keçirilən bir şəhərdə yaşamaq istəyən bir qrup insanın həyatından bəhs edir. Oyunun Open World tərzində olması oyunda istədiyiniz kimi hərəkət etmənizə səbəb olur. Həm zobmilərin olması səbəbindən həm də zombi öldürmək məqsədi daşıdığından uşaqlar mütləq bu oyundan uzaq tutulmalıdır. 

The Last of Us

Zombi oyunları ən qorxunc oyunlar arasında yer alır. Əla qrafikləri və maraqlı senarisi isə oyunu çox cəlbedici edir. Lakin bolca şiddət səhnələri və qan olması səbəbindən uşaqlar üçün tövsiyyə edilmir. 

Postal 2

2003-cü ildə təqdim olunmuş Postal 2 təqdim olunma tarixinə görə ən yaxşı oyunlardan biridir. İndiki oyunlarla müqayisədə qrafik cəhətdən pis görünsə də ən çox şiddət səhnələri olan oyunlardan biridir.

GTA V

GTA V-in nə qədər keyfiyyətli oyun olduğunu hamımız bilirik. Olduqca real qrafiklərə sahib oyun çox qanlı və açıq ssenariyə malikdir. Uşaqların uzaq tutulması gərəkən oyunların başında gedir.

Saints Row IV

Bəzi şəxslər oyunu GTA ya bənzədirlər. Lakin GTA dan daha çox şiddət səhnələri olması ilə yanaşı olduqca çox cinsi, açıq səhnələrin bol olduğu oyundur. Oyun uşaqlar üçün olduqca təhlükəli ola bilər.

Karantin dövründə evdə “nə edə bilərəm” düşünənlər: Bu yazı sizin üçündür


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh