1. İzmir, Sığacık
İzmirin Sığacık bölgəsi memarlıq üslubu, özünə xas yeməkləri, uyğun qiymətli sahil kənarı balıq restoranları ilə çox sakit bir yerdir. Narın qumlu plyajı isə ən çox sevilən yerdir.
2. İzmir, Foça
Força köhnə üslublu evləri, restoranları, yeni otelləri ilə çox rəngarəng bir bölgədir. İzmirin yeni inkişaf edən istirahət bölgəsi olduğu üçün qiymətlər ucuzdur.
3. Muğla, Akyaka
Muğlanın Akyaka bölgəsi mavi körfəz suyu və sahilə yaxın yerləşən ucuz otelləri münasib qiymətə istirahət axtaranlar üçün əla seçimdir.
4. Aydın, Didim
Daha çox Altınqum plyajı ilə tanınan Didim, uzun plyajlar, gölləri ilə məhşurdur. Çoxlu sayda ingilis turistlər hər il istirahət üçün Didimi seçirlər.
5. Amasra, Qaradəniz sahili
Az bilinən ama çox gözəl bir yerdir. Cənub bölgədəki istirahət yerlərindən fərqli olaraq çox ucuzdur.
6. Assos
Romantik atmosferi ilə balayı edəcəklər üçün əla seçimdir. Mavi dənizdən başqa yaşıllıq axtaranlar üçün də tam axtardıqları bir yerdir.
7. Antalya, Olimpos
Antaylada yerləşən Olimpos bölgəsi digər istirahət mərkəzlərindən fərqli olaraq öz sadəliyini qoruyub. Antalya mərkəzdən 85 km məsafədə yerləşməsi sizi şəhərin səs küyündən və turist quruplarından uzağa aparıb sakitlik tapmaq üçün əla seçimdir.
Təbii doğumdan sonra nə vaxt cinsi münasibətə girmək olar?
0 Şərh