Üz dərimizin yaşlanma prosesini necə gecikdirmək olar?


Nə qədər üzümüzə fərqli üsullarla baxımlar etsək də yaşlanmanı dayandırmaq mümkün deyil. Bu proses həm təbii səbəblərdən, həm də istifadə etdiyimiz baxım məhsullarından birbaşa asılıdır. Bəs üzümüzün yaşlanmasını necə geckdirə bilərik.

1. Təbii krem və nəmləndiricilərdən istifadə.

Üzümüz öz təbii nəm balansını qorumağa qadirdir. Lakin yaş artdıqca bu balans itməyə başlayır və qadınlar kremlərə üz tutur. Bütün bu məhsullar üzümüzü yorur və dərini yaşlandırır. Həftədə iki dəfə E vitamini və təbii kremlərlə dərimizi masaj etmək ağır nəmləndiricilər istifadə etməkdən daha yaxşı effekt verir.

2. Gül suyu.

Bu vasitə üzü təmizləmək və nəmləndirmək cəhətdən ən yaxşı vasitədir. Gül suyu həm çox yüngül, həm də zərərsiz vasitədir. Nəmləndirib rahatlatmaqla yanaşı, üzdəki ləkələri də təmizləyir.

3. Gündəlik su istifadəsi.

Sizin çəkinizdən də asılı olaraq gündəlik 1.5-2 l su içmək dərini nəm və parlaq saxlamağa kömək edir. Həmçinin su içmək həzm sistemini də gücləndirir ki, bu da birbaşa dərimizin gözəlliyinə təsir göstərir.

4. Qidalanma.

Üz dərimiz bədənizimin sağlamlığının aynasıdır. Əgər vitaminli qidalarla bəsləniriksə onda dərimiz daha parlaq və təbii görünəcək. Yağlı yeməklər və qazlı içkilərdən uzaq durmaq, daha çox portağal, yaşıl tərəvəzlər, banan, çiyələk, avokado kimi qidalardan istifadə etmək dərimizi sağlam saxlayacaqdır.

Aybaşı ərəfəsində idman və vajinal təmizlik


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh