Vajina ağartma metodları: Evdə nələr edə bilərik?

Bütün qadınların ümumi problemi vajinal gözəlliyin daha estetik olmasıdır. Qarşı cinsə qarşı hər hansı utanc hissindən uzaq olmaq üçün özəl bölgənin gözəl görünümü çox vacibdir.


Bütün qadınların ümumi problemi vajinal gözəlliyin daha estetik olmasıdır. Qarşı cinsə qarşı hər hansı utanc hissindən uzaq olmaq üçün özəl bölgənin gözəl görünümü çox vacibdir. Bəs bunu necə etmək olar?

Vajinada meydana gələn qaralmaların səbəbləri qolaltında olan səbəblərlə eynidir. Təraş etmə, keyfiyyətsiz epilyasiya alətləri, həddən tez tez epilyasiya bu səbəblər sırasındadır. Bütün bunlarla yanaşı hormonal pozğunluq da bunlara aid ola bilər. Bu yazımızda daha çox səbəblərin birinci sıraladıqlarımız sırasında olduğunu nəzərə alaraq bir neçə üsul təklif edə bilərik.

Vajina ağartma metodları

Kartof

Kartofun qabıqlarını soyun. Sonra kartofu rəndələyin. Rəndələnmiş kartofu bir qab suya salıb suyunu çıxarın. Alınmış suyu hər gün pambıq vasitəsilə qaralmış nahiyələrə vurun. Müntəzəm bu üsulla qaralan yerlər tezliklə azalacaq.

Vazelin və limon

Yarı stəkan alma suyu, bir çay qaşığı limon suyu və bir çay qaşığı vazelini birlikdə qarışdırın. Bu qarışımı özəl bölgəyə quru ikən pambıqla tətbiq edin. Quruduqdan sonra nəmli dəsmal ilə təmizləyin.

Xiyar

Xiyar və limonun suyunu yaxşıca qarışdırın. Özəl bölgəyə vurduqdan 15 dəqiqə sonra ilıq su ilə durulayın.

Bal

İki çay qaşığı süd tozu, bir çay qaşığı badam yağı və bir çay qaşığı balı qarışdırın. Krem formasını alan bu qarışımı özəl bölgəyə vurun və 15 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə durulayın.

Aloe vera geli

Bu bitki öz-özlüyndə çox dərdə dərmandır. İstifadəsi isə çox sadədir. Hətta evdə belə dibçəkdə yetişdirə bilərsiniz. Aloe veranı ikiyə böldükdən sonra içindəki geli çıxarın və özəl bölgəyə sürtün. Bir müddət sonra durulayın.

Unutmayın bütün bu qarışımları etməzdən əvvəl hər hansı qarışıma allergiyanızın olmamasına diqqət edin. Dermatoloqla məsləhətləşmək ən yaxşısıdır. 

Həmçinin bax: Aybaşı ərəfəsində idman və vajinal təmizlik.


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh