Bir milyonçu WhatsApp vasitəsilə 6.2 milyon dollara ada aldı

Adı açıqlanmayan bir milyonçu WhatsApp vasitsilə əmlak şirkətlərinin birindən 6.2 milyon dəyərində olan ada aldı.


Adı açıqlanmayan bir milyonçu WhatsApp vasitsilə əmlak şirkətlərinin birindən 6.2 milyon dəyərində olan ada aldı. Həmçinin adanın yeni sahibi adaya sadəcə videolar vasitəsilə baxıb və bəyənib. 

Koronavirusun bütün dünyada yayıldığı bu günlərdə milyonçular özlərini təcrid etmək üçün adalara xüsusi maraq göstərməyə başlayıblar. Adalara olan maraq o qədər artıb ki, keçən günlərdə bir ingiliscə bilməyən avropalı milyonçu WhatsApp vasitəsilə İrlandaya məxsus At Adasını sadəcə internetdən videolarına baxaraq alıb. 

Adı açıqlanmayan bu milyonçunun 157 hektar ölçüsü olan adanı 6.2 milyon dollara alıb. İndiyə qədər heç kimin yaşamadığı adada müxtəlif ölçülərdə 7 ev var. 

Adada olan əsas evin sahəsi 420 kvm-dir və 7 otağı var. Adadakı digər evlər isə 2-3 otaqlıdır və qonaqlar üçün nəzərdə tutulub. Adanın özünəməxsus elektrik şəbəkəsi və kanalizasiya sistemi var. 

Adada həmçinin vertolyot meydançası, idman salonu, tenis meydançası, 3 çimərlik və gəmilər üçün bir liman var.

Bu oyunlar sadəcə yetkinlik yaşına çatmış şəxslər üçün nəzərdə tutulub.


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh