İstifadəçilərinə şad xəbər: Whatsappa uzun müddətdir gözlənilən yenilənmə gəlir


Whatsapp yeni gələcək yenilənmə ilə birlikdə çoxdandır gözlənilən funksiyanı istifadəçilərə təqdim edəcək. Belə ki, indiyə qədər istifadəçilər söhbətləri sadəcə 1 il səssizə ala bilirdisə yeni güncəlləmə ilə artıq söhbətlər müddətsiz olaraq səssizə ala biləcək. Funksiyanın nə vaxt istifadəyə veriləcəyi isə dəqiq bilinmir.

Whatsapp dünyanın ən məşhur və istifadəçilərin bir-biri ilə məlumat bölüşə biləcəyi bir proqramdır. Whatsapp bu qədər məşhur olduğu üçün bir çox iş, təhsil və digər məqsədlər üçün insanların topluca söhbət edə biləcəyi qruplar yaradılır. Lakin bəzən elə qruplara əlavə olunuruq ki, sevmədiyimiz insanlarla dolu olur yaxud səsli bildirişlər bizi narahat edir. Bəzən bu qruplardan çıxa bilmirik ama bildirişləri də birdəfəlik ləğv edə bilmirik.

Whatsapp bildirişlərini səssizə alma yolları

Hal hazırda whatsappda hansı bir söhbəti səssizə almaq üçün bizə 3 seçim təqdim olunur: 8 saatlıq, 1 həftəlik və 1 illik. WABetaInfo’nun verdiyi məlumata görə whatsapp yaxın günlərdə qrup və şəxsi söhbətləri həmişəlik səssizə almaq üçün yeni bir funksiyanı istifadəyə verəcək. Yenilənmə ilə birlikdə istifadəçilərə 8 saatlıq, 1 həftəlik və həmişəlik səssizə alma funksiyası istifadəçilərə təqdim ediləcək. 

WABetaInfo’ya görə whatsapp bildirişləri həmişəlik səssizə alma funksiyasını 2.20.197.3 nömrəli yenilənmə ilə istifadəçilərə təqdim edəcək. Hələlik bu yenilənmə whatsappn beta versiyasında da istifadəyə verilməyib. 

Whatsappa yeni funksiya gəlir: Çoxdan gözlənilən yenilənmə

Mənbə: webtekno.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

0 Şərh