Whatsappa yeni funksiya gəlir: Çoxdan gözlənilən yenilənmə


Whatsapp’ın bəlkədə ən çox gəlməsi istənilən funksiyalarından biri də başqa cihazlardan, telefonlardan öz hesabına daxil olmaq funksiyası idi. Whatsapp’ın son təqdim olunan beta yenilənməsində artıq bu xidmət istifadəçilərə təqdim olundu. WABetaInfo’ya görə Facebook, qarşıdakı günlərdə whatsapp hesabınıza eyni vaxtda 4 fərqli cihazdan daxil ola bilmə funskiyasını istifadəyə verəcək. 

Dünyanın ən məşhur mesajlaşma proqramı olan Whatsapp, bir telefon nömrəsinə bağlı olaraq sadəcə 1 cihazda istifadə edilə bilirdi. Nəticədə bu bir istifadəçinin birdən çox whatsapp hesabı açmasının qarşısını alsa da, bir neçə mobil telefonu olan şəxslərin eyni whatsapp hesabını istifadə edə bilməsində çətinliklər yaradırdı. Artıq bu vəziyyət dəyişdi. İstifadəçilər yaxın günlərdə eyni whatsapp hesabına eyni anda 4 fərqli cihazdan daxil ola biləcəklər.

WABetaInfo’ya görə whatsappa gələcək bu yeni funskiya sadəcə bir sms icazəsi ilə mümkün olacaq. Normal da whatsappı telefondan kənar sadəcə whatsapp web vasitəsilə istifadə edə bilirdik. Lakin telefonun enerjisi bitdikdə və s. hallarda whatsapp webdən istifadə edə bilmirdik.

Whatsappa gələcək bu yeni funskiya ilə artıq təkcə internet brauzerləri ilə deyil, mobil cihazlarla whatsappınıza daxil ola biləcəksiniz. Həmçinin bunun üçün whatsappın qurulu olduğu əsas telefonun internetə qoşulmasına ehtiyac olmayacaq. Hələki beta versiyasında test mərhələsində olan bu yeni funksiyanın nə vaxt istifadəyə veriləcəyi bilinməsədə, çox gec olmayacağı məlumdur.

Şüşə butulkaya qoyulub, dənizə atılmış 132 illik məktub tapıldı

Mənbə: wabetainfo.com


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh