Diqqət: Xərçəng riskini artıran səbəblər


Xərçəngdən qorunmaq üçün bəzi şeylərdən uzaq durmalı olduğumuzu hamımız bilirik. Məsələn, siqaret çəkməyin, içki içməyin, günəş kremi istifadə etmək, qırmızı ət istifadəsini azaltmaq və s. Aparılan araşdırmalara görə xərçəng riskini artıracaq bəzi şeylər var ki, onlara çox az diqqət edirik. 

Hərəkətsiz qalmaq

Xərçəngə yoluxma riskini azaltmaq üçün aktiv idman fəaliyyətimizi artırmalıyıq. Bir araşdırmaya görə daima hərəkətdə olan insanlar hərəkətsiz qalanlara görə daha az ağciyər və məmə xərçənginə yoluxurlar. Hərəkətdə olmağın xərçəngə yaxalanmaq riskini 7 % azaltdığı müəyyən edilmişdir. Amma insanların çox az hissəsi hərəkət etmənin xərçəng riskini azaltdığını bilir. 2018-ci ildə aparılan bir sorğuya görə sorğuda iştirak edənlərin cəmi 3 %-i bu faktdan xəbərdardır. 

İsti çay

Çay içmək stresi azaltmaq və rahatlamaq üçün olduqca faydalıdır. Həmçinin yaşıl çay xərçəng riskini azaldır. Amma ilk öncə çayınızın soyumağını gözləməlisiniz. 2018-ci ildə Çində aparılan bir araşdırmaya əsasən çayı isti içmək qida borusu xərçəngi riskini artırır. Araşdırma 450000 insanla aparıldı. Araşdırma nəticələrinə görə isti çay içib, siqaret çəkən insanların digər insanlardan daha çox xərçəngə yoluxduğu müəyyən edilib. İsti çayın qida borusuna zərər verəcəyi, siqaret tüstüsünün isə xərçəngi daha da fəallaşdıracağı müəyyən edilib.

Manqal dumanı

Manqal başında vaxt keçirmək sağlamlığımız üçün zərərlidir. Araşdırmaya görə manqal yanan zaman ətrafa yayılan zərərli kimyəvi qazlar manqal başında olanların dərisi vasitəsilə əmilir. Bu kimyəvi maddələr odun yaxud kömürün yanması vasitəsilə ətrafa yayılan xərçəng yaradan qazlardır. 

Araşdırmaya görə manqal tüstüsü ilə dərilərimizin əmdiyi zərərli qaz, manqalda bişən ətə hopan zərərli qazdan çoxdur. Alimlər manqal edərkən qolumuzu və bədənimizin digər açıq yerlərini örtməyi tövsiyyə edirlər.

Spirt

Sağlamlıq üçün spirt içmək təhlükəlidir. Bunu hamımız bilirik. 2018-ci il tarixli araşdırmaya görə dünya üzərində yeni xərçəng xəstəliklərinin 5 %-i və illik xərçəng ölümlərinin 6 %-i spirt səbəbindən baş verir. Spirt məmə, qaraciyər və kolorektal xərçəng yaranmasına səbəb olur. Yüksək həddə spirt qəbulunun xərçəng riskini artırsada, orta və aşağı dozdada spirt qəbulu xərçəngə səbəb ola bilər. 2018-ci ildə siçanlar üstündə aparılan araşdırmada spirt qəbulunun qan hüceyrələrinin DNA-na zərər verdiyi və xərçəng ehtimalını artırdığı müəyyən edilib. 

Artıq çəki

2017-ci ildə aparılan bir araşdırmaya görə artıq çəki bir qrup xərçəng aktivliyini artırır. Araşdırmada artıq çəkisi olan insanların normal çəkidə olanlardan fərqli olaraq mədə, qida borusu, qaraciyər və böyrək xərçənginə yoluxma ehtimalı daha yüksəkdir. Araşdırma hüceyrə böyüməsi səbəbindən hormonlarda da baş verən artım xərçəngi daha da sürətləndirir. Araşdırma həmçinin normal çəkidə olan və normal və düzgün qidalanması olan insanın xərçəngə yolxuma ehtimalı azdır.

Uzun boy

Daha uzun boylu insanların, qısa boylu insanlardan fərqli olaraq xərçəngə yoluxma riski olduqca yüksəkdir. 2018-ci ildə aparılan bir araşdırmaya görə normal boydan hər 10 sm artıq boya görə xərçəngə yoluxmada 10 % artır. 1950-ci ildə müəyyən edilmişdir ki, uzun boylu insanlarda hüceyrələrin sayının çox olması xərçəngə yoluxma ehtimalını da artırır. Həmçinin 2016-cı ildə yeni bir araşdırmaya görə uzun boylu insanlarda qalın bağırsaq xərçəngi ehtimalı yüksəkdir.

Diqqət: Gecə televizor izləmək kilo almağınıza səbəb olur


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh