Palma yağının zərərləri: Xərçəngə səbəb olur


palm yağı, palma yağı

Palma yağı ucuz olduğundan ən çox istifadə olunan yağlardan biridir. Bu yağ həmçinin hazır qidalarda, küçə yeməklərində və yarımfabrikatların hazırlanmasındada istifadə olunur. Palma yağından dilimlənmiş hazır çörəklərdə, şokoladlarda, hazır suplarda, pizzada və cipsdə istifadə olunur. Tərkibində doymuş yağların miqdarının çox olması onu zərərli edən əsas səbəblərdəndir.

Bu yağ təkcə qidalarda bizə zərər vermir, onun emalı həmçinin havanıda çirkləndirir. Uşaqların çox istədiyi Nutellada da yüksək miqdarda bu yağdan istifadə edildiyi məlumdur. 

Palma yağı nədir?

Qərbi Afrika mənşəli olan bu yağ Amerika və Asianın tropik ərazilərində yetişdirilir. Ən çox istehsal olunan ölkələr isə Malaziya və İndoneziyadır. Palma bitkisindən əldə olunan palma yağı, tez başa gəldiyindən, dayanıqlı və ucuz olduğundan ən çox üstünlük verilən yağların başında gəlir. Zərəri o qədər çoxdur ki, obezite xəstəliyindən ciddi ürək xəstəliklərinə qədər yol aça bilər. 

Palma yağının əsas üstünlüyü uzun müddət rəflərdə qala bilməsidir. Palma yağının qoxusunu və rəngini yox etmək və adi rəng görünüşü vermək üçün onu yüksək temperaturda saxlayırlar. Bu da tərkibinin dəyişməsinə və əlavə zərərli tərkibinin əmələ gəlməsinə səbəb olur. 

Ətraf mühitə zərərləri

Ətraf mühiti mühafizə edən orqanlar palma yağının öz zərərindən çox, onun yetişdirilməsinin zərərlərindən danışırlar. Palma bitkisi tropik meşələrin sıx olduğu yerlərdə olurlar. Bu yerlər oranqutan kimi heyvanların yaşadığı yerdir. 

Palma yağına tələb çox olduğundan meşələr məhv edilir və bəzi heyvanlarının nəslinin kəsilməsi təhlükəsi yaşanır. Hətta bəzi meymun növlərinin adı Qırmızı kitaba düşüb.

Sağlamlığa zərərləri: Xərçəng xəstəliyi

Palma yağının xərçəng xəstəliyinə səbəb olduğu iddiaları hər zaman gündəmdə olmuşdur. 

Avropa Qida Təhlükəsizliyi Qurumu palma yağının 200 dərəcədən yüksək temperaturda digər yağlardan daha çox kanserogen tərkibli olduğunu ortaya çıxardı. Həmçinin bəzi tədqiqatçılar palma yağının yüksək miqdarda doymuş yağ səbəbi ilə xolesterol, iflic və ürək xəstəlikləri riskini artırdığını da deyirlər. İsidilmiş palma yağının qan təzyiqini artırdığı və yüksək təzyiqə səbəb olduğu da yaratdığı xəstəliklər arasındadır. 

Oturaq iş həyatınız üçün təhlükəlidir: Oturaq iş görənlər üçün sağlıq tövsiyyələri

 

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh