Alimlər xərçəng hüceyrələrinin inkişafını azaldan qidaları açıqladı


Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına görə dünyada hər 6 nəfərdən biri xərçəng xəstəliyindən vəfat edir. Təkcə 2018-ci ildə dünyada xərçəng xəstəliyindən ölən insanların sayı 9.6 milyondur. Çinli alimlərin xərçəng hüceyrələri üzərində apardığı araşdırmaya görə sarımsaq və soğan istifadəsinin qalın bağırsaq xərçəngi riskini azaltdığı müəyyən edilib. Çinli alimlərin bağırsaq xərçəngi riskinin azaldılması istiqamətindəki bu tədqiqatları Asia-Pacific Journal of Clinical Oncology jurnalında yayınlanıb.

Tədqiqat istiqamətində alimlər bağırsaq xərçəngi xəstəliyindən əziyyət çəkən 833 xəstənin yaş, cins və qida rasionunu əhatə edən anket sorğusunu 833 sağlıqlı xəstənin anket sorğusu ilə qarşılaştırdılar. 833 sağlıqlı xəstənin 79 %-nin düzənli olaraq sarımsaq və soğan istifadə etdiyi müəyən edildi. Araştırma nəticəsində sarımsaq və soğanın qalın bağırsaqda bədxassəli şişin inkişafını böyük ölçüdə azaltdığı müşahidə edildi.

Milyonlarla insanın ölümünə səbəb olmuş viruslar: Siyahıda Koronavirus (Covid-19) yoxdur


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh