Yadplanetlilər aramızdadı?

“BigelowAerospace” şirkətinin qurucusu Robert Bigelow, yadplanetliləri axtarmaq üçün milyardlarla dollar xərclənir, lakin onlar burnumuzun dibində ola bilər. İddia yoxsa şayiə?


Yadplanetlilərlə əlaqə yaratmaq mövzusu insanlıq tarixinin həmişə aktual mövzularından olmuşdur. Bəzi tədqiqatçılar tərəfindən yadplanetlilərlə bağlı müxtəlif iddialar səsləndirilsədə, yeni bir iddiaya görə yadplanetlilər bizim aramızda ola bilər. NASA ilə əməkdaşlıq edən “BigelowAerospace” şirkətinin qurucusu Robert Bigelow bir proqramda, yadplanetliləri axtarmaq üçün milyardlarla dollar xərclənir, lakin onlar burnumuzun dibində ola bilər. 

Yadplanetlilər aramızdadır?

Bigelow, yadplanetlilərin aramızda olduğundan əmin şəkildə danışması hamını təəccübləndirdi. Bigelow insan tarixinin kosmosdakı missiyası nədir sualına, “Yadplanetlilər üçün kosmosa getməyə gərək yoxdur, onlar burnumuzun dibində ola bilər” cavabını verdi.

Proqramın aparıcısı Lara Logan, Bigelowa “bu cür cavabları verməkdən, insanların sizə dəli deməsindən qorxmursunuz?” sualını verdi. Bigelow “İnsanların nə dediyi, nə düşündüyü vecimə deyil” cavabını verdi. 

NASA tərəfindən yadplanetlilər haqqında heç bir rəsmi fikir olmamasına baxmayaraq, əməkdaşlıq etidkləri şirkət rəhbərinin bu cür fikirlər səsləndirməsi olduqca təəccüblüdür. Bigelowun rəhbərlik etdiyi şirkətin əsas missiyası şişmə materiallarla kosmik stansiya düzəltməkdir. 

Bu şirkət 400 kq ağırlığa sahib BEAM modulu hazırlaması ilə tanınır. Bu modul vasitəsilə Beynəlxalq Kosmik Stansiya 13 metrə qədər genişləndirildi. 

2100 il əvvələ aid komputer qədim yunan gəmi qəzasının qalıntıları arasında tapıldı


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

4 Şərh