Yuxular haqqında diqqətinizi çəkəcək 8 maraqlı məlumat


Yuxular həyatımızın ən izaholunmaz, ən sirli və həyəcanverici anlarından biridir. Keçmişdən bugünümüzə qədər yuxular həyatımızda mühüm yer tutmuşdur. Bəzən insanlarda gördüyü yuxulara qarşı bir inam yaranmışdır. 

Elm bəzən yuxularımıza elmi izah versə də bu insanların yuxulara olan inamını dəyişdirə bilməmişdir. Tədqiqatlara görə insanlar bir gecəsinin ortlama olaraq 2 saatını yuxu görərək keçirir.

Bu yazımızda gördüyümüz yuxular haqqında diqqətinizi çəkəcək və çoxumuzun bilmədiyi maraqlı məlumatlardan danışacağıq.

Hamı yuxu görür

yuxu

2015-ci ildə aparılan bir tədqiqatda yuxu görmədiyini iddia edən hamının əslində yuxu gördüyü, lakin unutduğu müəyyən edilmişdir. Yəni xatırlamasaq belə hamımız yuxu görürük. Yuxuları xatırlamamağın isə nevroloji səbəblərdən olduğu bir tədqiqatda müəyyən edilmişdir.

Yuxuda gördüyümüz insanlar yaşadığımız müddətdə ən azı 1 dəfə qarşılaşdığımız insanlardır

Beynimiz yuxumuzda bizə yeni üzlər göstərə bilməz. Yuxuda gördüyümüz insanları əksər vaxt xatırlamasaqda əmin olun ki, o üzü nə vaxtsa, hardasa, qısa müddətliyinə olsa da görmüsünüz. Ömür boyu minlərlə üz görürük. Xatırlamamağımız isə normaldır.

Ağ-qara televizor izləyənlərin ağ-qara yuxu görmək ehtimalları var

1942-ci ildə 277 insanla aparılan bir tədqiqat nəticəsində insanların 70 faizi yuxularını ağ-qara gördüyü demişdir. Rənkli yuxu görənlərin payı olduqca az idi. Eyni tədqiqat 2008-ci ildə yenidən aparılmış və bu zaman insanların sadəcə 18 faizi ağ-qara yuxu gördüyünü demişdir.

İngilis tədqiqatçılar bunun əsas səbəbinin insanların yaşadıqları dövrlə, ağ-qara yaxud rəngli televizorla əlaqəli var.

Qadınlar Kişilərdən daha çox Kabus görürlər

Bir araşdırmada bu vəziyyətin insanlarda 10 yaşından başlandığı müəyyən edilmişdir. Bunun əsas səbəbi qadınların yuxularını xatırlamaqda daha yaxşı olmalarıdır. 

Xüsusilə gec saatlara qədər oyaq qalan qadınların kabus yuxu görmə ehtimalı daha çoxdur. 

Həmçinin hamilə qadınların daha çox kabus yuxu gördüyü də müəyyən edilmişdir.

Yuxu görən birinin nə gördüyünü müşahidə edə bilərik

Bu məlumat inandırıcı görünməsədə 2013-cü ildə alimlər fMRI (funksional maqnetik rezonans görüntüləmə) vasitəsilə insanların yuxuda nə gördüyünü izləmənin mümkün olduğunu açıqladılar. 

Yuxuda olsaq da, olmasaq da beynin fəaliyyətini bu vasitə ilə müşahidə edə bilərik. Elm bu qədər irəliləyib.

Qoxu yuxularımızı formalaşdırır

2008-ci ildə aparılan bir araşdırmada qoxunun yuxumuzu formalaşdırdığı müəyyən edilmişdir. Belə ki, pis qoxuya məruz qalan insanlar mənfi yuxular, aromalı qoxulara məruz qalanlar isə müsbət təsirli yuxular görürlər. 

Görmə problemi olanlarda yuxu görə bilir

Doğuşdan görmə problemi olan insanlarda yuxu görə bilərlər. Görmə problemi olan insanlar yuxularında səslər eşidər, qoxuları iyləyərlər.

Yuxuda orgazm olmaq

İnsanlar yuxuda seks etdiklərini görür ama orgazm yaşadıqlarını hiss edə bilməzlər. Araşdırmaya görə insanlar yuxudada realda olduğu kimi orgazm ola bilərlər.

Qarabasma nədir? Qarabasmanın səbəbləri? Qarabasama yaşadığınız zaman nə etməlisiniz?

Mənbə: beyinsizler.net


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh