Zamanda səyahət mövzusu işlənmiş az bilinən 10 film

Zamanda səyahət hər zaman diqqət çəkən mövzulardandır. Qeyd edəcəyimiz bu filmlərdə sıralama şərtidir və az bilinən filmlərdir.


10. Midnight in Paris

Amerikal nişanlı cütlük Gil və Inez tətil üçün Parisə gedərlər. Əvvəlcə bu səyahət gözəl avropa şəhəri olan Parisi gəzməkdən ibarət olsada Gilin Paris küçələrində başına gələnlər onun və ailəsinin bütün həyatını dəyişəcək.

9. The Butterfly Effect

Evan uşaqlığından qalan pis xatirələri ilə yaşayan bir qızdır. Lakin bir gün o keçmişə gedə və hər şeyi dəyişdirə biləcəyinin fərqinə varır.

8. About Time

21 yaşına keçən Tim ailəsində ki, bütün kişilərdə olan zamanda səyahət edə bilmək xüsusiyyətinin olduğunu öyrənir. Tim artıq keçmişdə baç verən pis hadisələri dəyişə biləcək .

7. Primer

İki gənc mühəndis hazırladıqları bir maşınla zamanda keçmişə gedə biləcəklərini öyrənirlər. Bir-birindən xəbərsiz maşını yoxlamaq istəkləri onların başına ciddi problemlər açacaq.

6. Planet of the Apes

Astronovt Taylor Meymunların hakimiyyətdə olduğu bir planetə düşəcək. Meymunlar insanları bu planetdə təcrübələrdə istifadə edirlər. Taylor bunu öyrəndikdən sonra həyatda qalmalıdır.

5. The Final Countdown

Uss Nimitaz gəmisi Filadefiya təcrübəsinin bənzəri bir təcrübə ilə keçmişə, Pearl Harbor hadisəsinin baş verdiyi zamana göndərilir. Gəmi kapitanı limana ediləcək hücuma müdaxilə edib-etməmək barəsində bir qərar verməlidir.

4. Twelve Monkeys

1997-ci ildə ortaya çıxan virus 5 milyard insanın ölümünə səbəb olur. Çox az insan yeraltında özlərinə yaşamaq üçün yer düzəldər. Alimlər virusun necə yarandığını öyrənmək üçün zaman maşını ilə bir nəfəri virusun yayıldığı ilə göndərmək istəyirlər. Hadisələr bununla başlayır.

3. Groundhog Day

Phil hava xəbərləri aparıcısıdır. Bir gün Pensilvaniyanın kiçik bir qəsəbəsinə qış şənliklərinə qatılmaq üçün bir günlük gedərlər. Lakin hava pisləşdiyindən gecəni qalmaq məcburiyyətində qalar. Səhər oyandığında isə möcüzəvi bir şey baş verər. Dünən yaşadığı pis günü yenidən yaşamaq məcburiyyətində qalacaq.

2. The Jacket

Jack Starks Körfəz Müharibəsi zamanı başından ağır yaralanmasına baxmayaraq həyatda qalan əsgərdir. Sağalmasına baxmayaraq yaddaş problemləri yaşayan Jack, heç bir qohumu olmadığı üçün bu günləri ağır keçirəcəkdir. Avtostopla evinə gedən Jack maşını xarab olmuş sərxoş bir qadına kömək edər. Hadisələr bundan sonra baş verər.

1. Back to the Future

Filmdə Marty söz eşitməyən, dəli-dolu bir oğlandır. Çılqın profssor Dr Brown ilə Martynin tanış olması onun həyatını başından dəyişəcək. Dr Brown onun həyatını dəyişəcək bir zaman maşını hazırlamışdır.

Yadplanetlilər aramızdadı?


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

Şərh