Zoom proqramı istifadə edənlər diqqət: Məlumatlarınız təhlükəlidir

Zoom proqramı son günlər ən çox istifadə olunan proqramların başında gəlir. Təhsildən iş dünyasına qədər hamı görüşlərini bu proqram vasitəsilə həyata keçirir.


Zoom proqramı son günlər ən çox istifadə olunan proqramların başında gəlir. Təhsildən iş dünyasına qədər hamı görüşmələrini, dərslərini bu proqram vasitəsilə həyata keçirir. Bəs bu proqram nə qədər etibarlıdır?

Zoom nədir?

Zoom istifadəçilərinə bir-biri ilə online, videogörüşlər keçirməyə, söhbət etməyə imkan verən proqramdır. Eyni zamanda bəzi funksiyaları, məsələn birdən çox şəxsin eyni anda qoşulması və s. xüsusiyyətləri ilə istifadəçilərin çox bəyəndiyi bir proqramdır. Bəs bu proqram uzun müddət mövcud olmasına baxmayaraq niyə indi bu qədər çoxlu yükləmə sayına çatdı? Bu proqram nə qədər etibarlıdır?

Məlumatlarınız təhlükədədir

İlk olaraq proqramdakı bir xəta ucbatından istifadəçi məlumatlarının Facebooka göndərildiyi iddia edildi. Sonradan bu xəta düzəldildi. Başqa bir məlumata görə istifadəçilərə məxsus e-maillər, şəkillər, mesajlaşmalar 3-cü şəxslərə ötürülür, məlumat analiz şirkətlərinə satılırdı.

ABŞ-da qadağan olundu

Koronavirusun yerində təhsili məhdudlaşdırması səbəbindən bu proqram tələbələr tərəfindən geniş istifadə olunurdu. ABŞ proqramın təhlükəsini aşkar etdikdən sonra ölkədə bu proqramın istifadəsinə qadağa qoydu.

Məşhurlarda bu proqrama qarşı çıxdı

Məşhur CEO-lar bu proqrama ilk gündən bu proqrama qarşı çıxmağa başladı. Elon Musk açıqlamasında şirkətin təhlükəsizliyi üçün şirkətdə çalışan işçilərinin bu proqramdan istifadəsini qadağan edib. Təkcə ABŞ-da deyil dünyanın əksər ölkələrində şəxsi təhlükəsizliyi təhlükəyə atdığı üçün bu proqramın istifadəsi qadağan edilib.

 


Bəyəndiniz? Dostlarınızla Paylaşın!

0
admin

2 Şərh